Türkiyə Sənəd və Arxiv dairəsi idarəsi Osmanlı dövlətinin ərazisində yer almış müxtəlif ölkələrə məxsus mülkiyyət sənədinin aşkarlandığını bildirib.
32gun.az idarənin yaydığı məlumata əsasən xəbər verir ki, bu ölkələrə Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kosovo, Macarıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Monteneqro, Sloveniya, Yunanıstan, Polşa, Fələstin, Gürcüstan, İraq, İsrail, Livan, Suriya, Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, KRK , KKTC, Liviya daxildir.
Arxiv İdarəsi cəmi 26 ölkəyə məxsus sənədlərin mövcud olduğunu vurğulayıb.
Aysel Şirinova