45 milyonluq əhali içərisində 15 milyonunun fransızlar olduğu Əlcazəir təhsil müəssisələrində fransız dili tədrisinin dayandırılmasını qərara alınıb.
32gun.az xəbər verir ki, Əlcazairin qəbul etdiyi yeni qərara əsasən 2023-2024 təhsil ilindən etibarən fransız dilinin tədrisini ingilis dili əvəz edəcək.
Hətta bəzi nazirliklər rəsmi yazışmalarda fransız dili əvəzinə ərəb dilindən istifadə etməyə başlayıb. 2000 dinarlıq əskinasların birinin də üzərindəki ərəb və fransız sözləri ingilis və ərəb sözləri ilə əvəz edilib.
Ölkədə baş verən bu kimi dəyişikliklər fransız dilinin istifadəsinin mərhələli şəkildə dayandırılması tendensiyasından xəbər verir.
Prezidenti Əbdülməcid Təbbun isə çıxışlarının birində "Fransızca bizə müharibədən qalan qənimətdir, ingiliscə isə dünya dilidir"- deyə bildirib.
Belə bir qərarın verilməsinin həm də Əlcəzair və Fransa arasında davam edən siyasi problemlərlə bağlı olduğu bildirilir.
Aysel Şirinova