DÜNYA ÖZ XƏBƏR

Kemal Sunalın oğlunun atası ilə bağlı paylaşımı ürək dağladı - "Ömrümün yarısı sənsiz keçdi.."

Türk komediya  kinomatoqrafiyasının unudulmaz sənətkarı Kemal Sunalın vəfatından 23 il ötür. Pərəstişkarlarının onu yad etdiyi bir gündə sənətkarın oğlu Ali Sunalın atası ilə bağlı paylaşımı diqqət çəkib. 

32gun.az xəbər verir ki, Ali Sunal "instagram" hesabında atası ilə bərabər çəkilmiş fotosunu paylaşıb. 

O paylaşımında  "23il... ömrümün yarısı sənsiz keçdi. Sənin üçün çox darıxıram. Amma sənin kimi bir qəhrəman üçün darıxmaq, sənə ata deyə bilmək, şəkildəki kimi doya-doya öpmək mənim həyatımdakı ən böyük qürurum idi.  Minnətdaram, ata, səninlə keçirdiyim hər ana.."  yazaraq kədərini ifadə edib. 

Aysel Şirinova

Oxşar Xəbərlər