Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ukraynadakı münaqişə zonalarından olan 700 min uşağın Rusiyada olduğunu bildirib.
32gun.az xəbər verir ki Ukrayna Rusiya qüvvələrini Luqansk və Donetsk vilayətlərindən ukraynalı uşaqları qaçırmaqda ittiham edib. Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, Rusiyaya qanunsuz aparılan ukraynalı uşaqların sayı 19 mindən çox ola bilər, çünki Rusiyanın nəzarətində olan Ukrayna ərazisində ən azı 200 min uşaq var.
Mövzu ilə bağlı Karasin sosial mediya hesabında “Son illərdə Ukraynadakı münaqişə zonalarından qaçan 700 min uşaq ölkəmizə sığınıb. Çoxları ailələri ilə, uşaq evindəki uşaqlar isə müəllimləri ilə”. deyə bildirib. O həmçinin Rusiyanın digər Avropa ölkələri ilə müqayisədə uşaqlara xoş və mehriban münasibət bəslədiyini də deyib.
Aysel Şirinova