Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə görüşüb.
32gun.az xəbər verir ki, görüşün nəticəsində 2023-cü il sentyabrın 10-da Rusiyada keçirilməsi planlaşdırılan parlament, qubernatorluq və 20 regional parlament seçkilərində Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojya vilayətlərinin də iştirak edəcəyi bildirilib.
Ukrayna isə hələ ki, dörd vilayətin bu seçkilərdə iştirakı ilə bağlı Rusiyanın qərarına dair açıqlama verməyib.
Bununla belə, Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bəyan edib ki, Rusiya bu bölgələrdən çıxmadan sülh mümkün deyil.
Aysel Şirinova