DÜNYA ÖZ XƏBƏR

"Ağ Ev"də narkotik maddə aşkarlanıb

ABŞ Məxfi Xidməti Ağ Evdə aşkar edilən şübhəli maddənin narkotik olması ehtimalı ilə onu laboratoriya yoxlanışına  göndərib.

32gun.az  The Washington Post'un yaydığı məlumata əsasən xəbər verir ki, ilkin müayinələr zamanı maddənin kokain olduğu aşkarlanıb. Gizli Xidmətin Kommunikasiyalar üzrə rəhbəri Entoni Quqlielmi narkotik maddənin aşkarlanmasının Ağ Evdə yüksək təhlükəsizlik xəbərdarlığına və qısa müddətli təxliyəyə səbəb olduğunu ifadə edib. 

 Maddənin rutin yoxlamalar zamanı tapıldığını qeyd edən Guglielmi, onun tam olaraq harada tapıldığı və necə qablaşdırıldığı ilə bağlı sualları cavablandırmayıb. O, maddənin Ağ Evə necə gətirildiyi barədə araşdırmaların aparıldığını bildirib. 

Hadisə və təhlillər zamanı prezident Co Baydenin Ağ Evdə olmadığı öyrənilib.

Aysel Şirinova

Oxşar Xəbərlər