DÜNYA ÖZ XƏBƏR

Dənizdə qorxulu anlar (ANBAAN GÖRÜNTÜ)

ABŞ-ın Florida ştatındakı çimərliklərdən birində insanları qorxuya salan hadisə yaşanıb. 

32gun.az xəbər verir ki, dəniz kənarındakı insanlar sürətlə onlara doğru gələn bir köpəkbalığını görüblər.

Köpək balığının sahilə doğru gəldiyini görənlər qışqıraraq qaçmağa başlayıblar. Həmin anlar mobil telefon kamerası ilə anbaan lentə alınıb.

Əlaqədar qurumlar isə insanlara köpək balıqlarının qidalanmaq istədikləri zaman yəni günəş çıxmazdan əvvəl və axşam gün batandan sonra dənizdə üzməkdən çəkinmələri, köpək balıqlarının diqqətini çəkə biləcək açıq rəngli çimərlik paltarlarından istifadə etməmələri barədə xəbərdarlıq ediblər.

Aysel Şirinova

Oxşar Xəbərlər