DÜNYA ÖZ XƏBƏR

Ölü balinanın içindən yarımmilyon avro dəyərində yad cisim çıxdı (FOTO)

Kanar adasındakı çimərlikdə ölü balinanın içindən 500 min avro (14.1 milyon TL) dəyərində "Ambergris" maddəsi tapılıb.   

32gun.az xəbər verir ki, Las Palmas Universitetinin Heyvan Sağlamlığı və Qida Təhlükəsizliyi İnstitutunun rəhbəri Antonio Fernández Rodriguez  heyvanın bağırsaqlarında müayinə zamanı sərt cisim müşahidə edib. Antonio daşın diametrinin 50-60 sm, çəkisinin 9,5 kq olduğunu bildirib.

Alimlər daşın balinanın bədənində böyüyərək onun bağırsağını parçalayıb heyvanın ölümünə səbəb olduğunu iddia ediblər. 

 ABŞ, Hindistan və Avstraliyada isə "Ambergris" adlanan bu daşın balinaların ölümünə yol açdığına görə ticarətinə qadağa qoyulub.

Daşdan gələn gəlirin isə La-Palma adasında vulkan püskürməsi nəticəsində yaranan fəlakət qurbanlarına yardım məqsədilə istifadə olunacağı bildirilib. 

Aysel Şirinova

Oxşar Xəbərlər