Amerika Birləşmiş Ştatları ölkəsinin vətəndaşlığını almaq üçün keçirdiyi imtahanda yenilik edib.
32gun.az ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) yaydığı məlumata əsasən xəbər verir ki, mövcud yenilik imtahanın danışıq (speaking) hissəsində olacaq.
Belə ki, imtahanda iştirakçılardan nitq qabiliyyətinin ölçüldüyü yazılı bölmədə cavablandırdıqları suallara şifahi cavab vermələri də istəniləcək.
USCIS tərəfindən edilən yeniliyə görə imtahan zamanı iştirakçılara gündəlik həyatdan şəkillər göstərilərək və onların mənasının, həmçinin tələffüzünün düzgün səsləndirilməsi tələb olunacaq.
Yeniliyin gələn ildən etibarən tətbiq ediləcəyi bildirilib.
Aysel Şirinova