DÜNYA ÖZ XƏBƏR

Basketbolçu ilə şəkil çəkdirmək istəyən məşhur müğənni DÖYÜLDÜ

NBA oyunçusu olan basketbolçu Victor Vembanyama ilə şəkil çəkdirmək istəyən müğənni Britney Spears mühafizənin şiddətinə məruz qalıb. 

32gun.az xəbər verir ki, basketbolçu ilə restoranda qarşılaşan müğənni onunla şəkil çəkdirmək istəyib. İdmançının mühafizəsi isə qadına yumruq vurub. Müğənni aldığı zərbədən yerə yıxılıb. Daha sonra mühafizəçi üzr istəsə də müğənni üzrü qəbul etməyib və polisə gedərək şikayətçi olub.

 Məlum olub ki, basketbolçunun ətrafında sevənləri izdiham yaradıb. Müğənni isə diqqətçəkmək üçün idmançının çiyninə toxunub. Hadisə də bundan sonra baş verib. 

Qeyd edək ki, olaydan bir gün sonra idmançı mediyaya açıqlamasında müğənninin onu çəkişdirdiyini iddia etsə də, Britney Spears instagram hesabından verdiyi açıqlamada onun dediklərini təkzib edib. 

Aysel Şirinova

Oxşar Xəbərlər