İsveçin keçmiş xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
32gun.az xarici Kİv-ə istinadən bildirir ki, sabiq nazir Linde Türkiyənin terror hücumlarına ciddi şəkildə məruz qaldığını və digər ölkələrin bu vəziyyəti ciddiyə almadığını bəyan edib.
Keçmiş nazir Linde, “Mən düşünürəm ki, Türkiyə terrordan çox, çox təsirlənir və digər ölkələr bunu ciddi qəbul etmirlər” deyə bildirib. Linde Türkiyənin də terrorla bağlı çıxışında “haqlı” olduğunu bildirib.
"Onlar da haqlıdırlar ki, PKK İsveçdən maliyyələşir" deyən Linde, "Əgər biz eyni təşkilatda (NATO) olmaq istəyiriksə, terrorla mübarizəyə ciddi yanaşdığımızı göstərməyimizi tələb etmək qanunidir" deyə qeyd edib.
Qeyd edək ki, Linde 2019-cu il sentyabrın 10-dan 2022-ci il oktyabrın 17-dək xarici işlər naziri vəzifəsində çalışıb. İsveç 2022-ci il mayın 18-də Lindenin nazirliyi dövründə NATO-ya üzvlük üçün müraciət edib.
Ayxan
