Sivasda dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Mehmet Koç idarə etdiyi traktordan düşmək istəyərkən müvazinətini itirərək yerə yıxılıb. Bu zaman enişdə olan traktor qəfil hərəkətə başlayıb. Yerə yıxılan Koç hərəkətdə olan traktorun üstündən keçməsi ilə ağır yaralanıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları sövq edilib. Koç təcili yardımla Şarkışla Dövlət Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq, Koç xilas ola bilməyib və dünyasını dəyişib. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Digər tərəfdən sürüklənən traktor metrlərlə getdikdən sonra dayana bilib.
Ayxan