Rusiya Ukraynanın Zaporojya şəhərinin cənubunda, Orixiv şəhərində yerləşən, yardım ləvazimatlarının saxlanıldığı məktəbə zərbələr endirib.
32gun.az xəbər verir ki, raket hücumunda 4 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Həyatını itirənlərdən 3-nün qadın olduğu məlum olub.
10-dan çox adamın isə dağıntılar altında qaldığı, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada isə dinc əhaliyə edilən hücumda istifadə olunan sursatın müəyyən edilməsi barədə araşdırmaların aparıldığı deyilib.
Aysel Şirinova