Ölkə dedikdə çoxumuz milyonlarla əhalisi olan izdihamlı şəhərləri düşünür. Lakin bəzi ölkələr bu düşüncənin əksinə dünyanın ən kiçik ölkələri sırasında yer alıb.
32gun.az "Herald Weekly"ə istinadən həmin siyahısını təqdim edir:

Məlumata görə ilk yeri San-Marino tutur. İtaliya hüdudları çərçivəsində Titano dağında yerləşən bu ölkənin ərazisi 61 kilometrdir.

Siyahıya görə 2-ci yerdə Tuvalu dayanır. 9 kiçik adanın birləşməsindən yaranan bu ölkədə 12 min əhali yaşayır.

3-cü yerdə Naurudur. Havay və Avstraliyanın ortasında yerləşən bu ölkənin rəsmi paytaxtı yoxdur. Nauru o qədər kiçik bir ölkədir ki, onun ətrafında maşınla gəzmək üçün orta hesabla yarım saat vaxt lazımdır.

Monako siyahıda 4-cü yerdədir. Bu kiçik ölkənin sərhədləri Aralıq dənizi ilə Fransa ilə ortaqdır. Əhalisi isə həm Fransız həm də İtaliyanca danışır.

Sonuncu yerdə isə Vatikandır. Bu ölkə sabit prezidenti, hökuməti və hətta yerli əhalisi olmadığı üçün digərlərindən fərqlənir.