Türkiyənin Qaradəniz ərazisində 2 gündür davam edən yağış sel və daşqına səbəb olub. Təbii fəlakət Bartın, Zonguldak, Kastamonu, Bolu, Samsun və Ordu kimi ərazilərdə həyatı iflic edib, evləri və iş yerlərini su basıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fəlakətin qurbanı olan Orduda sel nəticəsində 1 vətəndaş itkin düşüb. Digər vətəndaşlar isə xilasetmə qrupları ilə birlikdə evlərindən yararlı əşyalarını çıxara bilmək üçün səfərbər olublar.
Güclü yağış Düzcə ərazisində isə Milan çayının daşmasına səbəb olub. Nəticədə iaşə obyektləri və digər müəssisələr su altında qalıb.
Sözügedən ərazilərdə axtarış-xilasetmə tədbirlərinin davam etdirildiyi bildirilib.
Aysel Şirinova



