Muğlanın Ortaca mahalında, Kargıcak yolunda meşədə park edilmiş avtomobilin sükanı arxasınfa bir nəfərin hərəkətsiz olmasə ilə bağlı polisə və təcili yardıma məlumat verilib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hasisə yerinə sövq edilən polis əməkdaşları başından güllə ilə vurulmuş halda cansız bədəni tapılan şəxsin polis məmuru Hüseyn Tayfun Üçgül olduğu müəyyən edib.
Respublika Prokurorluğu tərəfindən hadisə yerində ilk araşdırma aparılarkən, Hüseyn Tayfun Üçgülün cəsədinin dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün yarılmağa göndərilməsi gözlənilir.
İntihar etdiyi güman edilən Hüseyn Tayfun Üçgül ictimaiyyət arasında “Maseratti”li polis kimi tanınıb. Hüseyn Tayfun Üçgül İzmir-İstanbul şosesində həyat yoldaşına məxsus "Maserati" markalı avtomobili idarə edərkən mübahisə etdiyi vəkil Fatih Uzunun ayağını sındırmaqda günahlandırılıb. Soma Respublika Baş Prokurorluğunun hazırladığı iddianaməyə görə, 22 aprel günü saat 17.30 radələrində baş verən qəzada avtomobilin sürücüsü Fatih Uzun ilə digər nəqliyyat vasitəsinin sürücüsü Hüseyn Tayfun Üçgül arasında yolda mübahisə yaranıb.
Bir-birinin ünvanına söyüş söyən tərəflər avtomobillərini yol kənarına çəkərək mübahisəni davam etdiriblər. Fatih Uzun Üçgülə yumruq atıb. Lakin onu vura bilməyib. Üçgül isə Fatih Uzunun dizinə təpiklə xəsarət yetirməklə gündəm olub.
Hadisənin ictimailəşməsindən sonra həyat yoldaşı Özlem Üçgül internet üzərindən arıqlama çayı satdığını, 7 ildir ki, şəxsi biznesi ilə məşğul olduğunu, yanında 15 nəfəri işlətdiyini, 3 villası, 1 restoranı, 1 ev sahibi olduğunu bildirib. Buradan qazandığı pulla iş yeri və 2 avtomobili aldığını bildirib.
Ayxan