Bursada dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Zəkəriyyə T. (49) sevgilisi Gülşen A.-ya təcavüz etdiyini iddia etdiyi İsmət G.-yə (59) çapacaqla xəsarət yetirib. Hadisə yerinə sövq edilən polislər hadisəyə müdaxilə edib.Yaralı təcili yardımla Xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan hücumçunun mətbuat mənsublarına "Bu, namus məsələsidir. Yarımçıq qalan işləri tamamlayacam" deməsi diqqət çəkib.
Ayxan