Evlilik saytları vasitəsilə tanış olduğu 15 qadınla ailə quran və 4-dən uşaq sahibi olan 35 yaşlı kişi saxlanılıb.
32gun.az xəbər verir ki, hadisə Hindistanda olub.
Məlum olub ki, o, dul qadınları evlənməyə razı salmaq üçün özünü həkim və ya mühəndis kimi təqdim edib. Nayak adlı şəxs daha sonra xəstəxana açmaq istədiyi bəhanəsiylə onlardan pul da tələb edib.
Dələduz bu il evləndiyi proqram mühəndisi olan 45 yaşlı qadının şikayəti ilə polislər tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Aysel Şirinova