DÜNYA

Qazaxıstan Prezidenti xalqa müraciət ETDİ - YENİLƏNİB

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı vətəndaşlara ikinci müraciətlə çıxış edib. 

32gun.az xəbər verir ki, Tokayev bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini bildirib. Qeyd edək ki, şuraya indiyə kimi Nazarbayev rəhbərlik edib. 

O, həmçinin xalqın yanında olacağını da qeyd edib: "Paytaxtda olacam, xalqın yanında olacağam".

Prezident etirazlar fonunda yeni təkliflər paketi ilə çıxış edəcəyinə söz verib.

*** 17:03

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı yaxın vaxtlarda vətəndaşlara ikinci müraciətlə çıxış edəcək.

32gun.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Yaxın vaxtlarda Prezidentin müraciəti gözlənilir”, - deyə məlumatda qeyd olunub.

Oxşar Xəbərlər