SOSIAL

2 doza "Sinovac" vurduranlar peyvənd olunmamış hesab edilir

2d "Sinovac" peyvəndi vurduranlar hazırda peyvənd olunmamış hesab edilir. 

Unikal.org xəbər verir ki, bu barədə türkiyəli mütəxəssislər çağırış edib. 

"Siz qorunmursunuz. Gedin təcili peyvənd olunun", - deyə xəbərdarlıq edilib.

Bildirilib ki, insanda koronavirus əleyhinə 70-80 % immunited yaratmaq üçün 2 doza "Sinovac" peyvəndi yetərsiz qəbul olunur. 

İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza "Sinovac" vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır:

"İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar".

Oxşar Xəbərlər