İDMAN ÖZ XƏBƏR

"Trabzonspor"un prezidenti Ərtoğrul Doğanı hüquqlarından məhrum etməklə cəzalandırıb

Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Şurası ( PFDK ) Peşəkar Futbol İntizam Şurası "Trabzonspor" klubunun prezidenti Ərtoğrul Doğanın hüquqlarını ümumilikdə 46 gün müddətinə dayandırıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb.

Verilən açıqlamada , Ərtoğrul Doğanın "Mavi-Mavi" klubunun sosial media hesabında paylaşdığı paylaşımlara və Doğanın açıqlamalarına görə 23 günlük hüququndan məhrum edildiyi və ümumilikdə 750 min lirə cərimə edildiyi qeyd edilib. Trabzonspor klubuna müxtəlif səbəblərdən ümumilikdə 1 milyon 168 min lirə cərimə kəsilib. Çaykur Rizəspor və Qaziantep FK müxtəlif səbəblərdən hər biri 168 min lirə cərimələnib.

Ayxan

Oxşar Xəbərlər