İDMAN ÖZ XƏBƏR

Antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib

Yaroslavl "Lokomotiv"inin xokkeyçisi Yeqor Andrianov antidopinq qaydalarını pozduğuna görə bir illik diskvalifikasiya alıb.

32gun.az bildirir ki, bu barədə Rusiya Antidopinq Agentliyinin (RUSADA) saytında məlumat verilib. 

Mənbə qeyd edir ki, xokkeyçi kannabinoidlərə görə cəzalandırılıb. Onun dopinq nümunəsində karboksitetrahidrokannabinol aşkar edilib. Müvəqqəti cəzanı nəzərə alsaq, 19 yaşlı Andrianov aprelin 12-də yenidən buza qayıda biləcək.

Rusiya Gənclər Xokkey Liqasında (MHL) iştirak edən "Lokomotiv" gənclər klubunda oynayır. 2023/24 mövsümündə Andrianov komandanın heyətində 50 oyun keçirib: 38-i adi MHL çempionatında, 12-si pley-offda...

2022-ci ilin yazında Beynəlxalq Buzlu Xokkey Federasiyası (IIHF) rusiyalı oyunçuların hətta neytral statusda belə beynəlxalq turnirlərdə iştirakını qadağan etmək qərarına gəldi və təşkilat Rusiyanın 2023-cü il Dünya Gənclər Çempionatına ev sahibliyi etmək hüququnu da əlindən aldı. 2023-cü ilin martında IIHF dayandırılmasını 2023/24 mövsümünə qədər uzadıb.

Ayxan 

Oxşar Xəbərlər