"Avtomobilist" keçmiş kapitanı Fyodor Malıxin vəfat edib
Rusiyanın "Avtomobilist" hokkey klubunun keçmiş kapitanı Fyodor Malıxin ürək tutmasından vəfat edib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə narkotik maddə istifadəsi səbəbindən baş verə bilər.
İddiaya görə, Malıxin ölümündən üç gün əvvəl ailəsi ilə əlaqəni kəsib. Onun atası narahat olaraq oğlunun mənzilinə gedib və orada cəsədini tapıb. Malıxinin cəsədi məhkəmə-tibbi ekspertizaya göndərilib.
Fyodor Malıxin 18 mart tarixində vəfat edib. O, KHL-də (Kontinental Xokkey Liqası) 548 matçda iştirak edərək 220 (107+113) xal toplayıb. Malıxin karyerası ərzində "Ak Bars", "Spartak", "Vityaz" və "Avangard" klublarının formasını geyinib.
1990-cı il noyabrın 13-də anadan olan Malıxin karyerasına 2007-ci ildə "Avtomobilist-2" komandasında başlayıb. O, 2011-ci ildə "Avtomobilist"in heyətində KHL-də debüt edib və 2014-cü il KHL Ulduzlar oyununda "Vostok" komandasının tərkibində çıxış edib.
2023-cü ildən klubsuz olan Malıxinin son komandası 2022-ci ildə qatıldığı "Avangard" olub. O, KHL-də ümumilikdə 497 matçda iştirak edərək 98 qol vurub.
Ayxan