İDMAN ÖZ XƏBƏR

Britaniyalı promouter ukraynalı idmançını boksa vida etməyə çağırdı

Britaniyalı promouter Eddi Hirn ukraynalı Aleksandr Usiki boksdan getməyə çağırıb.

32gun.az bildiri ki, o bunu YouTube-dakı IFL TV kanalında çıxışı zamanı  deyib. 

"Fikrimcə, Usik artıq təqaüdə çıxmalıdır. O, tarixdə hər zaman ən böyük adlardan biri olaraq qalacaq. Amma birdən-birə yaşlanır, Fyuri ilə döyüşlər sağlamlığına təsir edib. Və sən Dübua qarşısında uduzursan. Belə getsə, biabır olmaq olar, elə deyilmi?" – deyə Hirn bildirib.

Qeyd edək ki, ukraynalı idmançı 2024-cü ildə iki dəfə rinqə çıxıb və hər iki döyüşü Britaniya təmsilçisi Tayson Fyuri ilə keçirib.

May ayında baş tutan ilk döyüşdə məğlubedilməz Usik hakimlərin bölünmüş qərarı ilə Fyuriyə ilk məğlubiyyətini yaşadaraq dünya çempionu titulunu qazanıb. Lakin sonradan IBF versiyası üzrə tituldan imtina edib.

21 dekabr 2024-cü ildə Usik və Fyuri arasında ikinci qarşılaşma keçirilib və bu dəfə ukraynalı boksçu hakimlərin yekdil qərarı ilə (116-112, 116-112, 116-112) qalib gəlib. Tarixdə ilk dəfə süni intellekt boks döyüşünə hakimlik edərək Usikin 118-112 hesablı qələbəsini qeydə alıb.

Ayxan 

Oxşar Xəbərlər