İDMAN ÖZ XƏBƏR

Məşhur xokkeyçiyə rekordun şərəfinə inək hədiyyə edilib

NHL-in "Vaşinqton Kapitals" klubunun hücumçusu Aleksandr Oveçkinə Orenburqdakı "Beloye ozero" süd zavodu tərəfindən inək hədiyyə olunub.

32gun.az bildirir ki, bu barədə "Birinci Kanal" məlumat yayıb.

8 aprel tarixində 39 yaşlı Oveçkin "Pust qovoryat" tok-şousunda iştirak edib. Verilişdə onun NHL-də vurduğu rekord sayda qola görə bayram təşkil olunub. Süd zavodunun rəhbəri Ruslan Sağıtov canlı efirdə hücumçuya 8895 nömrəli və "Şayba" adlandırılan inəyi bağışladığını bildirib.

Bundan başqa, zavodda onun şərəfinə içində qoz olan və üzəri qara qabıqlı şayba formasında pendir də hazırlanıb.

6 aprel tarixində Nyu-Yorkda yerləşən "UBS Arena"da "Kapitals" "Aylanders"lə qarşılaşıb. Oveçkin ikinci periodun 7:26 dəqiqəsində Tom Uilson və Dilan Stroum-un ötürməsi ilə çoxluqda qol vurub – bu, onun NHL-dəki 895-ci qolu olub. O, bununla Ueyn Qretskinin 29 mart 1999-cu ildə müəyyən etdiyi 894 qolluq rekordu keçərək NHL tarixinin ən məhsuldar bombardiri olub.

Oyun isə Vaşinqton təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ayxan 

Oxşar Xəbərlər