İDMAN ÖZ XƏBƏR

"Monreal" azarkeşləri komandanın yeni rusiyalı oyunçusuna mahnı həsr ediblər - "Ona araq tökün, bütün gecəni qol vursun”

Milli Xokkey Liqasının (NHL) "Monreal" klubunun azarkeşləri NHL-in yeni oyunçusu, rusiyalı İvan Demidova zarafatla mahnı həsr ediblər.

Mahnıda SSRİ və Rusiyaya dair stereotiplər qabardılıb.

32gun.az bildirir ki, bu barədə "Arsen Versen" Telegram kanalında məlumat verilib.

"Verin, verin, Rusiyadan bir hücumçu verin, Qulaqdan gəlib cinahda oynayır, verin, verin, Rusiyadan bir hücumçu verin, ona araq tökün, bütün gecəni qol vursun"- deyə klub azarkeşləri oxuyublar.

9 aprel tarixində məlum olmuşdu ki, Sankt-Peterburq SKA klubunda çıxış edən Demidov karyerasını Monrealdə davam etdirəcək.

O, NHL-2024-dən Monreal Canadiens tərəfindən ilk raundun 5-ci seçimi ilə transfer edilib. Digər üç rusiyalı oyunçu da ilk raundda seçilib: Anton Silayev 10-cu seçimlə New Jersey Devilsə, Yeqor Surin 22-ci seçimlə Nashville Predatorsa, Matvey Gridin isə 28-ci seçimlə Calgary Flamesə transfer olunub.

Qeyd edək ki, 6 aprel tarixində SKA Qagarin Kubokundan kənarlaşdırılıb. Bu, klubun son 15 ildəki ən zəif nəticəsi olub. 2011–2024-cü illər arasında SKA həmişə KHL-in pley-off mərhələsinin ilk raundunu keçə bilmişdi.

Qeyd: Xəbərdə sözügedən QULAQ (rusca ГУЛАГ) — SSRİ-də 1930–1950-ci illərdə geniş yayılmış düşərgələr şəbəkəsi idi. Adı "Düşərgələr üzrə Baş İdarə" (rusca: Главное управление лагерей) deməkdir. Bu düşərgələrdə siyasi məhbuslar, müxalif fikirlilər, "xalq düşməni" elan edilən şəxslər və müxtəlif cinayət törətmiş insanlar saxlanılırdı.

QULAQ düşərgələri əsasən Sibirdə və uzaq bölgələrdə yerləşirdi. Azarkeşlərin zarafat mahnısında rusiyalı oyunçunun guya oradan gəldiyi deyilir – bu, stereotiplərə ironik yanaşmadır.

Ayxan 

 

Oxşar Xəbərlər