DÜNYA

SON DƏQİQƏ! Ukrayna və Rusiya atəşkəslə bağlı razılığa gəldi - YENİLƏNİB

Ukrayna və Rusiya nümayəndə heyətləri humanitar dəhliz açılması və müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.

32gun.az xəbər verir ki, bunu TASS agentliyinə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri bildirib.

***19:10

Ukrayna-Rusiya danışıqları başlayıb.

32gun.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Xatirladaq ki, danışıqlar Belarusun Brest vilayətində keçirilir.

***18:10

Ukrayna nümayəndə heyəti Belarusda Rusiya ilə danışıqların keçiriləcəyi Belovej meşəsinə çatıb.

32gun.az TASS-a istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyəti əraziyə helikopterlə gəlib.

Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar üçün yola düşüb.

xxx

16:34

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlarda iştirak etmək üçün yola düşüb.

32gun.az xəbər verir ki, Prezident Vladimir Zelenskinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak nümayənə heyətinin görüntülərini paylaşıb.

“Rusiya ilə danışıqlara gedirik. Artıq helikopterdəyik”, - Podolyak bildirib. 

Ukrayna tərəfi danışıqların aparılacağı əraziyə gəldi- YENİLƏNİB

Oxşar Xəbərlər