DÜNYA

Zelenskiyə bir həftədə 3 dəfə sui-qəsd olub

Ukrayna Prezidenti Volodimir Zelenski son bir həftə ərzində ən azı üç sui-qəsd cəhdindən sağ çıxıb.

32gun.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb. Qeyd edilib ki, Ukrayna prezidentini öldürmək üçün iki fərqli qruplaşma göndərilib - Kremlin dəstəklədiyi Vaqner qrupunun muzdluları və Çeçenistan xüsusi təyinatlıları.

Bildirilib ki, hər dəfə sui-qəsdlərin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya FSB zabitləri tərəfindən alınıb.

Kiyevdəki Vaqner muzdluları cəhdləri zamanı itkilər verib və ukraynalıların onların hərəkətlərini nə qədər dəqiq görməsindən narahat idilər.

 

Oxşar Xəbərlər