DÜNYA

Rusiyanın müharibədəki itkiləri: 10 minə yaxın hərbçi...

Rus ordusu Ukraynaya hərbi müdaxilə nəticəsində bu günə qədər 9166 hərbçisini itirib.

32gun.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya tərəfi indiyə qədər 251 tankı, 939 zirehli maşın, 105 artilleriya sistemi, 50 reaktiv sistem, 18 hava hücumundan müdafiə, 33 təyyarə (say dəqiqləşdiriləcək), 37 helikopter, 2 kater, 60 sistern yanacaqla birgə, 3 PUA və 404 avtomobil texnikası itirib.

Bildirilib ki, hesablamalar davam edir.

Oxşar Xəbərlər