DÜNYA

SON DƏQİQƏ! Rusiyanın helikopteri də vuruldu - FOTO (YENİLƏNİB)

“Volnovaxa yaxınlığında Ukrayna qüvvələri tərəfindən vurulan Rusiyaya məxsus Su-25 qırıcısının pilotunu təxliyyə etmək üçün “Mi-8” helikopteri yollanıb. Ancaq onların helikopteri də endirilib”.

32gun.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko xəbər verib.

O, bununla bağlı kadr paylaşıb. Görüntülərdə helikopterdən sağ çıxan hərbçilərin müxtəlif istiqamətə qaçdığı görünür.

*** 15:14

Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın “Su-25” qırıcı təyyarəsini vurublar.

32gun.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Bu gün, martın 4-də Ukrayna Hava Hücumundan Müdafiə Birliyinin Qüvvələri Volnovaxa şəhəri səmasında düşmənin “Su-25” qırıcısını vurub. Bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir”, - məlumatda qeyd olunub.

Oxşar Xəbərlər