Məşhur jurnalist Kiyevdə yoxa çıxdı (FOTO)
Kiyevdə rusiyalı jurnalist Yeqor Belikovdan iki gündür xəbər yoxdur.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki,jurnalist fevralın 23-də Kopenhagendən Kiyevə gəlib.
Həmin gün Belikov Minskə uçmalı idi, lakin Ukrayna sərhədçiləri tərəfindən saxlanılıb. Fevralın 24-də Donbassda xüsusi əməliyyat başlayandan sonra Kiyev hava limanından bütün reyslər ləğv edilib, kino tənqidçiləri hava limanından çıxarılıb. Şəhərdə bir neçə gün tanışlarının yanında qalıb.
Məlumatda qeyd olunur ki, Ukrayna paytaxtında olduğu müddətdə Belikov bir neçə dəfə polis və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları tərəfindən saxlanılıb.
Jurnalist itkidən az əvvəl öz Facebook səhifəsində yazıb ki, əgər yenidən müdafiə qüvvələrinin nümayəndələrinin əlinə keçərsə, həyatı təhlükə altında ola bilər.
