DÜNYA ÖZ XƏBƏR

Məşhur "Koreyalı" ləqəbli məşhur kriminal avtoritet həbs olundu

Кokain qaçaqmalçılığına görə "Koreyalı" ləqəbli kriminal avtoritetə 19 il cəza verildi

Məhkəmə kriminal avtoritet, keçmiş Tambov mütəşəkkil cinayət qruplaşmasının üzvü,  "Koreyalı" ləqəbli  Sergey Yuqayı narkotik qaçaqmalçılığına görə 19 il azadlıqdan məhrum edib.

32gun.az REN TV-yə istinadən xəbər verir ki, İstintaqın versiyasına görə, Yuqay 2022-ci ildə Ekvadordan Rusiyaya narkotik maddələrin qaçaqmalçılığını təşkil edib. Təxminən 11,5 kiloqram kokain Ekvador güllərinin qablaşdırıldığı qutuların içində gizlədilmişdi. Qaçaqmal əvvəlcə təyyarə ilə Niderlanda, oradan isə yük maşını ilə Sankt-Peterburqa göndərilib. Narkotik maddələr bir çiçək şirkətinin anbarına çatdırılıb və oradan Dmitri Çurko tərəfindən götürülüb. Qaçaqmalçılar narkotikləri satmaq istəyərkən 2022-ci ilin dekabrında saxlanılıblar.

Məhkəmə qərarına əsasən, Yuqay cəzasını xüsusi rejimli islah koloniyasında çəkəcək və əlavə olaraq azadlığı bir il müddətinə məhdudlaşdırılacaq. Onunla birlikdə mühakimə olunan Dmitri Çurko isə 13 il azadlıqdan məhrum edilib. Hər iki şəxsə 500 min rubl məbləğində cərimə də təyin olunub.

Ayxan 

Oxşar Xəbərlər