DÜNYA ÖZ XƏBƏR

Kişi eyni anda üç qadınla evləndi - həbsxanaya düşdü - Gündəm olan şok olay

ABŞ-da kişi eyni anda üç qadınla evləndiyinə görə həbs edilib

ABŞ-da bir kişi eyni anda üç qadınla rəsmi nikahda olduğu üçün həbs olunub.

32gun.az bildirir ki, bu barədə ABC Action News məlumat yayıb.

Məlumata görə, Henrinin Betsi adlı şəxs son iki il ərzində üç qadınla tanış olub və hər biri ilə ayrı-ayrılıqda evlənib. Toy mərasimləri Florida ştatının müxtəlif mahallarında baş tutub. Həmin mahallar nikah üçün təqdim olunan ərizələr barədə məlumatları paylaşmadığı üçün qadınlar bir-birinin varlığından xəbərsiz olublar.

Michelle adlı qadın Henrinin ikinci arvadı olub. Onlar 2022-ci ilin 23 noyabrında Hernando mahalında nikaha giriblər. Michelle bildirib ki, Henrini tanıdıqdan üç həftə sonra evləniblər. Lakin həmin vaxt kişi artıq Brandi və Tonya adlı qadınlarla da evli imiş. Maraqlıdır ki, üç qadın da Henrinin soyadını götürüb və onun yalanlarından xəbərsiz yaşayıblar.

Məsələ yalnız ötən il üzə çıxıb. Belə ki, Henrinin ilk həyat yoldaşı təsadüfən digər nikahları öyrənib, Brandi və Michelle ilə əlaqə saxlayaraq birlikdə polisə müraciət ediblər. Qadınlar bürokratik sistemin zəifliyi ucbatından bu vəziyyətin mümkün olduğunu və bundan zərər çəkdiklərini bildiriblər.

Henrinin motivləri hələlik məlum deyil. Lakin qadınlar onun əsas məqsədinin pul olduğunu düşünürlər. Hər biri ilə birgə bank hesabı açılıb və ehtimal olunur ki, kişi əmlak bölgüsünə ümid edib. Hazırda o, özünü təqsirli bilmir. Qadınlar isə onun yeni tanışlıq tətbiqində profil yaratdığını bildirirlər.

Nilay 

Oxşar Xəbərlər