DÜNYA ÖZ XƏBƏR

BMT Baş Katibi İstanbulda Rusiya və Ukrayna Arasında Danışıqlarda İştirak Etməyəcək

BMT-nin baş katibi Antonio Guterreş Rusiya və Ukrayna arasında mümkün danışıqlar üçün İstanbulda olmayacaq.

32gun.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Farhan Haq bildirib. 

Haq vurğulayıb ki, əgər dünya təşkilatından kimsə danışıqlarda iştirak edəcəksə, bu barədə məlumat veriləcək.

Bir az əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Mixail Podolyak bildirib ki, Kiyev Rusiya ilə Ukrayna arasında Türkiyədə yüksək səviyyədə olmayan danışıqları istisna etmir.

Ayxan 

Oxşar Xəbərlər