DÜNYA ÖZ XƏBƏR

Sevgilisinin qızına bir il təcavüz edən kişi 17 il müddətinə azadlıqdan məhrum edildi

Bryanskda azyaşlıya qarşı təcavüz edən kişi 17 il cəzaya məhkum edilib

Bryansk vilayətinin Klinçı şəhərində 35 yaşlı kişi sevgilisinin azyaşlı qızına bir il boyunca təcavüz etdikdən sonra məhkəmənin qərarı ilə 17 il azadlıqdan məhrum edilib.

32gun.az bildirir ki, məhkəmə, ona yüksək təhlükəsizlikli koloniyada cəza çəkdirməklə yanaşı, 18 il müddətinə uşaqlarla işləmək hüququndan məhrum etmə qərarı verib.

Təqsirkarın 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər azyaşlıya qarşı təkrarlanan cinayətlər törətdiyi bildirilib. Həmçinin, onun müalicə üçün psixiatr mütəxəssisi ilə əlaqə saxlaması qərara alınıb və bir milyon rubl məbləğində mənəvi ziyan ödəməyi tələb edilib.

Ayxan 

Oxşar Xəbərlər