DÜNYA ÖZ XƏBƏR

Avtomobilinizin salonunu həddindən artıq istidən qorumağın beş yolu

Rusiyalı Avtomobil eksperti Roman Soldatov yay aylarında avtomobil salonunun qızmasının qarşısını almaq üçün bir neçə tövsiyə verib.

32gun.az xəbər verir ki, o bu barədə RT-yə müsahibəsində danışıb. 

Onun sözlərinə görə, ən sadə üsul avtomobili kölgədə park etməkdir. Əgər belə yer yoxdursa, bir çox avtomobildə uzaqdan soyutma funksiyası var: "Sadəcə olaraq oyanmaq və avtomobili əvvəlcədən soyutmaq kifayətdir", – deyə ekspert bildirib.

Bundan əlavə, ön şüşənin altına qatlanan işıqəks etdirici ekran yerləşdirmək də effektiv ola bilər. Salonun istidən qorunması üçün şüşələrin tündləşdirilməsi (tonirovka) və oturacaqlar üçün açıq rəngli üzlüklərin alınması da məsləhət görülür.

Daha əvvəl digər avtomobil eksperti Maksim Kadakov bildirmişdi ki, avtomobil texniki cəhətdən saz vəziyyətdədirsə, texniki baxışdan keçibsə və bütün mayelər, eləcə də sərfiyyat hissələri vaxtında dəyişdirilibsə, onu yay mövsümünə xüsusi olaraq hazırlamağa ehtiyac yoxdur. Onun fikrincə, avtomobil istənilən fəsildə vaxtında servis xidmətindən keçməlidir.

Ayxan 

Oxşar Xəbərlər