DÜNYA ÖZ XƏBƏR

ABŞ Ukrayna münaqişəsində sülhə fokuslanıb – NATO baş katibi

ABŞ, o cümlədən Prezident Donald Tramp və onun komandası Ukrayna münaqişəsində sülhə nail olmaq üçün səylərini birləşdirib. 

32gun.az xəbər verir ki, bunu NATO-nun baş katibi Marko Rubio bildirib. 

Rubio Amerika tərəfinin sülh sazişinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib.

"Prezident və onun bütün xarici siyasət komandası, o cümlədən mən – Ukraynada sülhün necə təmin olunacağı üzərində çalışırıq", – deyə NATO baş katibi Türkiyədə keçirilən NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə bildirib.

Reuters-in məlumatına görə, Marko Rubio 15 may tarixində İstanbulda keçirilən danışıqlarda ABŞ nümayəndə heyətinin tərkibində iştirak edib. ABŞ tərəfdən görüşlərə həmçinin Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff da qatılıb.

Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Tramp isə danışıqlarda şəxsən iştirak etməyəcəklər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin həmin gün üçün işgüzar görüşlər planlaşdırıb.

Ayxan 

Oxşar Xəbərlər