DÜNYA ÖZ XƏBƏR

10 il bel ağrısı çəkən qadının onurğasında şiş aşkarlandı

Şotlandiyadan olan Culi Kolman on ildir davam edən bel ağrılarının səbəbinin onurğa beynindəki şiş olduğunu öyrənib. 

32gun.az xəbər verir ki, bu barədə NDTV xəbər yayıb.

Kolman bildirib ki, ağrılar 2014-cü ildə, oğlu ilə hamilə olarkən başlayıb. Həkimlər bu vəziyyəti siyatik sinirə təzyiqlə izah edərək, doğuşdan sonra ağrıların keçəcəyini deyiblər. Lakin illər keçdikcə ağrılar artıb və gündəlik işlərini görməsinə əngəl olub.

Növbəti 10 il ərzində o, davamlı olaraq klinikadakı müxtəlif terapevtlərə müraciət etsə də, yalnız ağrıkəsicilər və fizioterapiya təyin olunub, ciddi müayinə aparılmayıb.

“Fikirləşirdim ki, ömrümün sonuna qədər bu ağrılarla yaşamalı olacağam”, – deyə Culi qeyd edib.

Yalnız 2024-cü ilin dekabrında ona MRT müayinəsi təyin olunub və nəticədə onurğa beynində iri şiş aşkarlanıb. Yanvarda qadın əməliyyat olunub, lakin artıq sinir zədələnməsi geri dönməz hal alıb.

Əməliyyatdan sonra Kolmana dizdən aşağı sağ ayaqda iflic diaqnozu qoyulub. Hazırda o, qısa məsafələr üçün əsa, uzun məsafələrdə isə əlil arabasından istifadə edir.

Bütün bu çətinliklərə baxmayaraq, Culi ruhdan düşmür. O, iyulda nişanlısı Stivenlə evlənməyə hazırlaşır. Toyda onu oğlu məbədə qədər müşayiət edəcək və mərasim zamanı Kolman əsa ilə yeriyəcək.

Nilay 

Oxşar Xəbərlər