DÜNYA ÖZ XƏBƏR

ABŞ-ın Çindəki yeni səfiri Pekinə gedib

ABŞ-ın Çindəki yeni səfiri Deyvid Perdü Pekinə gedib.

32gun.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə X-də paylaşım edərək, ölkəsinin maraqlarını qorumağa çalışacağını bildirib.

“Bu gün Pekinə gəldim. Prezident Donald Trampı ABŞ-ın Çindəki səfiri kimi təmsil etmək mənim üçün böyük şərəfdir. Amerikamızı daha təhlükəsiz, güclü və rifahlı etmək üçün burada işləməyə hazıram,” – deyə səfir qeyd edib.

O, həmçinin ABŞ-ın Pekindəki səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirib.

75 yaşlı Deyvid Perdü 2021-ci ilə qədər Corciya ştatından senator olub. O, eyni zamanda bir sıra böyük şirkətlərdə rəhbər vəzifələrdə çalışıb və bir müddət Honq-Konqda yaşayıb.

Qeyd edək ki, 12 mayda Çin və ABŞ 14 maydan etibarən 24 faizlik tariflərin tətbiqini qarşılıqlı şəkildə 90 günlük müddətə dayandırmaq barədə razılığa gəliblər. 10-11 may tarixlərində İsveçrənin Cenevrə şəhərində iki ölkə arasında yüksək səviyyəli ticarət-iqtisadi danışıqlar aparılıb. Çin tərəfdən danışıqlara Dövlət Şurasının vitse-premyeri Xı Lifen, ABŞ tərəfindən isə maliyyə naziri Skott Bessent rəhbərlik edib.

Ayxan 

Oxşar Xəbərlər