DÜNYA ÖZ XƏBƏR

RUSİYADA DƏHŞƏTLİ HADİSƏ! 30 yaşlı kişi uşaqlara çılpaq fotolarını göndəribmiş

Rusiyada Volqoqrad vilayətində 30 yaşlı kişi uşaqlara qarşı əxlaqsız hərəkətlər etdiyinə görə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

32gun.az bildirir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, o, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxslərlə yazışaraq şəxsi mövzularda söhbətlər aparıb və əxlaqsız məzmunlu fotolar göndərib. Eyni zamanda, internetdən bu cür fotoları yükləyərək onları qanunsuz şəkildə yaymaqla məşğul olub, o cümlədən bu materialları məktəblilərə də göndərib.

Şəxs barəsində cinayət işi başlanıb. Məhkəmə prosesində təqsirləndirilən şəxs öz günahını tam etiraf edib.

Məhkəmənin qərarına əsasən, o, ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcək. Hökm hələlik qüvvəyə minməyib və məhkum apellyasiya şikayəti verə bilər.

Nilay 

 

Oxşar Xəbərlər