DÜNYA ÖZ XƏBƏR

Türkiyə, Rusiya, Ukrayna və ABŞ arasında İstanbulda dörd tərəfli görüşlə bağlı qərar hələ qəbul edilməyib

Türkiyə, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin İstanbulda dörd tərəfli görüşünün keçirilməsi ilə bağlı hələ qərar verilməyib.

32gun.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli TASS-a açıqlamasında bildirib.

“Dörd tərəfli danışıqlarla bağlı hələlik qərar yoxdur,” – deyə diplomat qeyd edib.

Bundan əvvəl "Anadolu" agentliyi Türkiyə diplomatik mənbələrinə istinadən mayın 16-da İstanbulda Rusiya, Ukrayna, ABŞ və Türkiyə nümayəndələrinin görüşünün keçiriləcəyini bildirmişdi.

Məlumata görə, danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov və Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 11 may tarixli gecə müraciətində 2022-ci ilin yazında İstanbulda keçirilən son raunddan sonra dayandırılan birbaşa danışıqların bərpasını təklif etmişdi. Onun sözlərinə görə, həmin vaxt Ukrayna nümayəndə heyəti danışıqlardan geri çəkilib və əvvəlcədən razılaşdırılmış saziş layihəsi Qərb tərəfdaşlarının təzyiqi ilə rədd olunub.

Ayxan 

Oxşar Xəbərlər