DÜNYA
Daha 6 qəsəbə ələ keçirildi, “Bayraktar” vuruldu - Rusiya MN
Rusiya ordusu daha 6 yaşayış məntəqəsini ələ keçirib.
32gun.az xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi İqor Konaşenkov mediaya açıqlamasında deyib.
O bildirib ki, ələ keçirilən qəsəbələr Urajayno, Novodonetsk, Novomayorsk, Dorojnyanka, Zaqorno və Çarivnodur.
Bundan əlavə, Rusiya ordusunun Ukraynanın 14 təyyarə, helikopter və “Bayraktar”ını vurduğu bildirilib.
Qeyd edək ki, rus ordusunun İrpen şəhərinin bir hissəsini də ələ keçirdiyi rəsmən təsdiqlənib. //axar.az