DÜNYA
Qadın paltarı geyinib ölkədən qaçmaq istəyən ukraynalı tutuldu - FOTO
Qadın paltarı geyinərək ölkədən qaçmağa çalışan şəxs saxlanılıb.
32gun.az Türkiyə mətbuatına istinadla bildirir ki, vətənində müharibə getdiyinə görə qadın paltarı geyinərək ölkədən qaçmağa çalışan ukrayna vətəndaşı rüsvay olub.
Saxlanılan şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Ukraynada müharibə səbəbindən 18-60 yaş arası kişilərin ölkədən çıxmasına icazə verilmir. //milli.az