Qazaxıstanın Aktobe şəhərində bir kişi həyat yoldaşını onun vəzifə yüksəlişindən sonra “mənəvi çöküntü” ilə ittiham edib.
32gun.az xəbər verir ki, bu barədə Diapazon nəşri məlumat verib.
Məlumata görə, qadının bankda yeni vəzifəyə təyin olunmasından sonra ailədə münasibətlər pozulub. Nəticədə tərəflər arasında anlaşılmazlıq yaranaraq boşanma və əmlakın bölüşdürülməsi məsələsi məhkəməyə çatıb.
Boşanan qadın keçmiş ərindən evi boşaltmağı və ona məxsus avtomobili geri qaytarmasını tələb edib. Həmçinin, o, ərinin banka yazdığı və onu “mənəvi çöküntüdə” ittiham edən məktubuna görə şərəf və ləyaqətin qorunması barədə iddia qaldırıb.
Kişi bildirib ki, 32 il dəmiryolunda çalışdıqdan sonra həyat yoldaşının qonşu bölgədə bank şöbəsini idarə etməyə başlamasından sonra işindən çıxıb və ev işlərini, uşağın tərbiyəsini öz üzərinə götürüb. Onun sözlərinə görə, qadının vəzifə artımından sonra xarakteri dəyişib, o, təkəbbürlü və özündənrazı olub, gecələr gec gəlməyə başlayıb, tanımadığı kişilərlə əlaqə saxlayıb. Kişi həyat yoldaşının mənəvi çöküntüsünün uşağa psixoloji zərər vurduğunu bildirib. Bank rəhbərliyi isə məktubda qeyd edilənlərin yalnız ər və arvad arasında problem olduğunu bildirib.
Məhkəmə iddianın bir hissəsini təmin edib: qadını evi boşaltmağa və avtomobili geri verməyə məcbur edib. Lakin məktubda qadının şərəf və ləyaqətini ləkələyən məlumat olmadığına görə mənəvi zərərin ödənilməsi tələbi rədd olunub.
Ayxan