DÜNYA ÖZ XƏBƏR

Rusiyalı rejissor: "Hazırda ölkədəki vəziyyət 1941-ci ildəkindən daha ağırdır"

Rusiyalı kinorejissor və prodüser Maksim Fadeevin fikrincə, hazırda Rusiyada vəziyyət 1941-ci ildəkindən daha ağırdır.

32gun.az bildirir ki, bu barədə News.ru nəşri məlumat yayıb.

“Söhbət ondan gedir ki, 1941-ci ildə cəmiyyət düşmənin kim olduğunu, nə etməli olduğunu və qələbənin nə demək olduğunu bilirdi. İndi isə ölkənin necə ağır vəziyyətdə olduğunu çox vaxt dərk etmirik,” – deyə Fadeev bildirib.

O qeyd edib ki, xüsusi hərbi əməliyyat zonasında gedən döyüşlər Rusiyaya qarşı aparılan ümumi müharibənin cəmi 5–7 faizini təşkil edir. Onun sözlərinə görə, əsas hədəf gənclərin və uşaqların ruhdan salınması və milli kimliyin məhv edilməsidir.

Ayxan 

Oxşar Xəbərlər