Krımın bir neçə mahalında meyvə məhsullarının itkisinə görə FHN rejimi tətbiq oluna bilər
Krım hakimiyyəti bəzi kənd təsərrüfatı rayonlarında daş meyvə məhsullarının bir hissəsinin itirilməsi səbəbilə fövqəladə hadisə (FHN) təhlükəsi rejiminin tətbiqini nəzərdən keçirir.
32gun.az bildirir ki, bu barədə Krımın kənd təsərrüfatı naziri Denis Kratyuk RİA Novosti-yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, aprel və may aylarında baş verən şaxtalar Bağçasaray, Simferopol, Kirov, Nijneqorsk və Krasnoqvardeysk rayonlarındakı bağlara ziyan vurub. Şaftalı, albalı və gavalının erkən məhsulu 20% azalacaq.
Əgər ümumi ziyan 10–15%-dən çox olarsa, əvvəlcə FHN təhlükəsi elan ediləcək, daha sonra isə tam fövqəladə vəziyyət rejimi tətbiq olunacaq. Bu qərar fermerlərə lizinq ödənişlərini təxirə salmaq və sığorta ödənişləri almaq imkanı yaradacaq.
“Rejimin tətbiqi itkilərin rəsmi təsdiqi üçün zəruridir. Yalnız bu yolla fermerlər sığorta şirkətləri vasitəsilə zərərlərini kompensasiya edə biləcəklər”, – deyə Kratyuk vurğulayıb.
Qeyd edək ki, mayın 13-də Krım Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Lyudmila Radçenko bildirmişdi ki, aprel ayında müşahidə olunan quraqlıq və şaxtalar yarımadada dənli bitkilərin bir hissəsinin məhv olmasına səbəb olub.
Ayxan