DÜNYA ÖZ XƏBƏR

Anapa çimərliklərinə yalnız xüsusi texnikanın daxil olmasına icazə verilir

Avtomobillərin Anapa çimərliklərinə nəzarətsiz girişinin qarşısı alınır

Rusiyada Anapada avtomobillərin çimərliklərə nəzarətsiz daxil olmasının qarşısını almaq üçün dənizə çıxan yolların demək olar ki, hamısı bağlanacaq.

32gun.az bildirir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələri sahilboyu təmizlik işlərinin aparılmasına ciddi maneə yaradır.

Avtomobil axınının qarşısını almaq məqsədilə xüsusi texnika ilə dərin xəndəklər qazılır və icazəsiz çıxış yerlərinə beton bloklar qoyulur. Bağlanan girişlərdə qumdan xüsusi torpaq bəndləri düzəldilir.

Mayın 19-da Anapanın Mərkəzi çimərliyindən Vityazevoya qədər olan sahilboyu ərazilərdə yol bağlama işlərinə start verilib. Sahil zolağında təmizləmə işlərinin davam etdirilməsi üçün yalnız bir neçə tənzimlənən giriş nöqtəsi saxlanılacaq.

Ayaz 

Oxşar Xəbərlər