Lüks McLaren sportkarı Odintsovoda qəzaya uğrayıb və yanıb
Moskvaətrafı Odintsovo bölgəsində yüksək sürətli McLaren markalı lüks avtomobil yol qəzasına düşüb və alışaraq yanıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
TASS agentliyinin məlumatına əsasən, qəza Moskva istiqamətində hərəkət edən yolda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil yol kənarındakı dəmir arakəsməyə çırpıldıqdan sonra partlayıb və alova bürünüb. Nəticədə maşın tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə operativ və fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub.
Baza Telegram kanalının yazdığına görə, sükan arxasında 44 yaşlı professional avtoidmançı Vasili Kudənko olub. Onun avtomobil idmanı üzrə birinci dərəcəsi var və o, Unlim 500+ sinfində yarış təcrübəsinə malikdir.
Qeyd:
McLaren markalı lüks sportkarların dünya bazarında orta qiyməti təxminən 300 min ABŞ dolları civarındadır. Modeldən və xüsusiyyətlərdən asılı olaraq qiymətlər 200 min dollardan başlayıb, 2 milyon dollara qədər yüksələ bilər.
Ayxan