Alimlər 123 milyon illik çiçəkli bitki tozcuqları taparaq bitkilərin təkamül tarixini yenidən yazdılar
Almaniyanın Hannover və Fransanın Bonn universitetlərinin beynəlxalq tədqiqatçılar komandası Portuqaliyada apardıqları qazıntılar zamanı 123 milyon illik çiçəkli bitkilərə aid ən qədim tozcuqları aşkarlayıblar. Bu, əvvəlki elmi qiymətləndirmədən 2 milyon il əvvələ təsadüf edir.
32gun.az xəbər verir ki, tədqiqat Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.
Luzitaniya hövzəsinin dayaz dəniz çöküntülərində elm adamları müasir çiçəkli bitkilərin 72 faizini təşkil edən evdikotlar qrupuna aid üç yivli tozcuqlar aşkar ediblər. Tarixləndirmə üçün lazerlə skan edən mikroskop və izotop analizi kimi müasir üsullardan istifadə olunub.
Bu kəşf, Çarlz Darvinin “iyrənc sirr” adlandırdığı fenomen — örtülü toxumlu bitkilərin Kret dövründə qəfil və sürətli yayılmasına yeni işıq salır.
Tozcuqların Portuqaliyanın mülayim iqlim zonasından tapılması, çiçəkli bitkilərin tropik mənşə teoriyasını şübhə altına alır. Bu isə onların ilkin yayılma arealının daha geniş ola biləcəyini göstərir.
Tədqiqat həmçinin, təkamül tarixinin yenidən qiymətləndirilməsi və Yer üzərində həyatın formalaşmasında tektonik proseslərin rolunun daha yaxşı anlaşılması üçün yeni imkanlar açır.
Ayxan