DÜNYA ÖZ XƏBƏR

Ukraynada atəşkəslə bağlı danışıqlar gələn həftə Vatikan şəhərində baş tuta bilər

Ukraynada atəşkəsin əldə olunmasına yönəlmiş texniki xarakterli danışıqlar gələn həftə Vatikan şəhərində keçirilə bilər.

32gun.az bildirir ki, bu barədə Finlandiya Prezidenti Aleksander Stubb Strana.ua nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vasitəçilik edən ölkələrin sayı artıb: “Əvvəllər bu rolu yalnız ABŞ oynayırdısa, indi Avropa da danışıqlarda iştirak edir.”

Qeyd edək ki, mayın 16-da Fransa Prezidenti XIV Lev Vatikanı Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma kimi təklif etmişdi. Vatikanın Dövlət Katibi kardinal Pietro Parolin də bu təklifi təsdiqləyərək bildirmişdi ki, Papa tərəflərə birbaşa görüş imkanı yaratmaq niyyətindədir. Onun sözlərinə görə, əsas məqsəd iki tərəfin bir-biri ilə danışmasıdır, yalnız yer məsələsi həll edilməlidir.

Mayın 19-da isə ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra bildirib ki, Vatikan bu danışıqlara ev sahibliyi etməkdə “ciddi maraq” göstərib.

Ayxan 

Oxşar Xəbərlər